Yuxarı

Millət vəkili: "Kim istəyirsə, qonaqlıq verə bilərəm"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” dünən adına layiq oyun nümayiş etdirdi. Nəyi gözləyirdiksə, o da oldu.

Bunu AzVision.az-a millət vəkili Aqil Abbas "Qarabağ" klubunun “Kopenhagen” üzərindəki qələbəsini şərh edərkən deyib.

Deputat bildirib ki, oyunu ölkə xaricində izləyib. ““Qarabağ” daha çox qol vura bilərdi. Alınmadı, şansdır. Ancaq möhtəşəm, adına layiq oyun nümayş etdirdi. Qələbə ilə bütün Azərbaycan xalqını sevindirdi. Oyunu ölkədə olmadığıma görə televiziyadan izlədim. Çox əla qol idi. Qələbə münasibətilə zəng edib Qurban Qurbanovu, futbolçuları , "Qarabağ" komandasının direktoru Əmrah Çəlikəli təbrik etdim”.

A. Abbas “bir dəfə demişdiniz ki, “Qarabağ” qalib gələsə, qonaqlıq verərəm. Sözünüz hələ də qüvvədədir?” sualına belə cavab verib:

““Qarabağ” qələbə qazandı, qazanmadı mən hər gün qonaqlıq verərəm. Kopenhagendəki oyunu gözləyirəm. İnşallah orada da qələbə qazanarıq. Kim istəyərsə, onda qonaqlıq verə bilərəm. İnanıram ki, komandamız qalib olacaq. Bakıda olsaydım məmnuniyyətlə komanada ilə birlikdə Kopenhagenə gedərdim. Dəfələrlə xaricə gedib komandamızın oyunlarını izləmişəm. Ümid edirəm ki, Avropada yaşayan azərbaycanlılar, türk qardaşlarımız “Qarabağ”ı tək qoymayacaqlar”.

Tarix
2017.08.16 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla