Yuxarı

“Əsl kişilər narıncı geyir”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçiriləcək Dünya çempionatında iştirak edəcək komandalar müxtəlif şüarları ilə yadda qalıb.

Axar.az xəbər verir ki, komandalar bu şüarlarla azarkeşlərinə səsləniblər.

Həmin şüarları təqdim edirik:

Braziliya: "Hazırlaşın 6-cı çempionluq gəlir".

Xorvatiya: "Ürəkdə alovla, hamı bir nəfər kimi Xorvatiya naminə!"

Meksika: "Hər zaman birgə, hər zaman asteklər!"

Kamerun: "Aslan aslan olaraq qalır"

İspaniya: "Ürəklərimizdə çempionluq ehtirası var"

Hollandiya: "Əsl kişilər narıncı geyir"

Çili: "Çi, Çi, Çi! Li, Li, Li! İrəli Çili"

Avstraliya: "Sokkeruz: "tarixə hoppanarkən!"

Kolumbiya: "Bura tək komanda yox bütün ölkə gəlib"

Yunanıstan: "Qəhrəmanlar yunanlar kimi oynayır"

Kot d’İvuar: "Fillər Braziliyaya köklənib"

Yaponiya: "Samuraylar, döyüş vaxtı çatıb!"

Uruqvay: "3 milyon istək, irəli Uruqvay!"

Kosta Rika: "Ehtirasım futbol, gücüm xalqım fəxrim Kosta Rika"

İngiltərə: "Bu komandanın arzusu milyonların ürək döyüntüsüdür"

İtaliya: "Dünya kuboku arzusunu göy rəngə boyayaq"

İsveçrə: "Son dayanacaq: 13.07.2014 "Marakana""

Ekvador: "Yeganə sədaqət, yeganə ehtiras, bir ürək. Hər şey sənin üçündür, Ekvador!"

Fransa: "Qeyri-mümkün, bu fransızlara xas olmayan sözdür"

Honduras: "Biz bir ölkə, bir millət, ürəkdə 5 ulduzuq"

Argentina: "Biz sadəcə komanda deyilik, biz nəhəngik"

Bosniya- Hersoqovina: "Ürəkdə əjdahalar, meydanda əjdahalar"

İran: "Eşq olsun İrana"

Nigeriya: "Biz yalnız birlikdə qalib gələcəyik"

Almaniya: "Bir ölkə, bir komanda, bir arzu"

Portuqaliya: "Keçmiş tarixdir, gələcəkdə yalnız qələbə"

Qana: "Qara ulduzlar: Braziliyanı işıqlandırmağa gəlmişik"

ABŞ: "Ehtirasla irəliləyən vahid komanda"

Belçika: "Qeyri-mümkün olanı gözləyin"

Əlcəzair: "Səhra döyüşçüləri, haydi Braziliyaya"

Rusiya: "Bizə çata bilməzlər"

Koreya: "Qırmızılar, həzz alın"

Tarix
2014.06.06 / 11:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla