Yuxarı

Millimiz güləşdə 3-cü oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci günündə Azərbaycan komandası bir bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) xalça üzərinə çıxıblar.

Əşrəf Əliyev Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Rəşad Yusifli isə ilk görüşdə mübarizəni dayandırıb.

Bununla da dünya çempionatının sərbəst güləş yarışları başa çatıb. Komanda hesabında medalların sayına görə Rusiya millisi birinci, İran yığması ikinci, Azərbaycan komandası isə üçüncü olub və çempionatın kubokuna layiq görülüb.

Qeyd edək ki, yarışın ilk günü yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar.

Tarix
2017.09.21 / 21:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla