Yuxarı

FHN qurumları arasında çempionat keçirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol çempionatı keçirilib.

FHN-dən Axar.az-a bildiriblər ki, çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında təşkil olunub. Yarışda 160-a yaxın idmançının təmsil olunduğu 13 komanda qüvvəsini sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandasını məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivi yarışın qızıl medalına layiq görülüb. Üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarını məğlub edən Dövlət Yanğın Nəzarəti Xidmətinin komandası çıxıb.

Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarışda iştirak etmiş komandaları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi Səbuhi Əliyev olub.

Tarix
2017.10.26 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla