Yuxarı

Bunu birinci dəfə görürdünüz? - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas odur ki, qələbə qazandıq. Bu cür oyunlarda iki qoldan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq bizdə əksinə oldu, rahatlaşdıq.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 10-cu turunda “Səbail”ə qalib gəldikləri oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Oyun zamanı çox gərgin görünürdüz. Komandanız hansı səhvləri sizi əsəbləşdirirdi?

- Bunu birinci dəfə görürdünüz? (gülür).

- “Qarabağ”la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə də hər epizoda belə emosional münasibət bildirmirdim.

- “Səbail”in baş məşqçisi Samir Əliyev dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdim.

- Bu, onun fikridir. Onun fikirlərinə hörmət edirəm.

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımz yoxdur, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

- Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl 4 oyunda qalib gəliblər.

- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. Oyunumuz çətin keçəcək.

Tarix
2017.11.05 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla