Yuxarı

Mourinyo rəqib qapıçısını vurdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 16-cı turu çərçivəsində baş tutan “Mançester Siti” ilə oyundan sonra rəqib komandanın soyunub-geyinmə otağında gərginliyə səbəb olub.

Axar.az xəbər verir ki, Mourinyo oyundan sonra rəqib komanda oyunçularının səs-küylü qələbə sevincini sakitləşdirmək üçün soyunub-geyinmə otağına gəlib. Bu zaman mübahisə yaranıb və baş məşqçi “Mançester Siti”nin qapıçısı Edersonun başına plastik su qabı ilə zərbə endirib.

Mübahisə “qırmızı şeytanlar”ın hücumçusu Romelu Lukaku və “Mançester Siti”nin baş məşqçisinin köməkçisi Migel Artetanın da müdaxiləsi ilə daha da qızışıb. Artetanın mübahisə zamanı qaşı partlayıb.

Qeyd edək ki, qarşılaşma “Mançester Siti”nin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix
2017.12.11 / 11:51
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla