Yuxarı

Fatih Terimin "Qalatasaray"ı qələbə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də futbol üzrə Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib.

Axar.az xəbər verir ki, “Kayserispor” səfərdə “Malatyaspor”a 0:1 hesabı ilə məğlub olub, “Karabükspor”-“Trabzonspor” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.

Turnir cədvəlinin lideri “Başakşehir” isə səfərdə “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.

Turun maraqla qarşılaşan görüşü isə “Qalatasaray”-“Göztepe” matçı olub. Yenidən “Qalatasaray”ın sükanı arxasına keçən Fatih Terimin rəhbərliyi altında İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdır. Daha əvvəl 1996-2000-ci il, 2002-2004-cü və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Fatih Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.

XVII tura dekabrın 25-də keçiriləcək “Osmanlıspor”-“Akhisarspor” matçı ilə yekun vurulacaq.

Hazırda “Başakşehir” 36 xalla turnir cədvəlinin lideridir. “Qalatasaray” 35 xalla ikinci, “Fənərbaxça” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.

Tarix
2017.12.25 / 01:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla