Axar.az
Yuxarı

Axar.Az Logo

Bu adın önəmini yaxşı bilirik - "Qarabağ Vyana"nın məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ Vyana"nın baş məşqçisi Volkan Qəhraman “Xəzər”ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Axar.az həmin müsahibəni Qol.az-a istinadən təqdim edir:

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Biz də azərbaycanlılardan qurulmuş bir komanda olduğumuz üçün maraqlı oyun alındı. Bu gün təlim-məşq toplanışımızın son günü idi. Sabah biz də qayıdırıq. Rəqib 90 dəqiqə ərzində bizi təzyiq alıtnda saxladı. Amma futbolçularımız müdafiədə səhvsiz oynadılar. Dostluq çərçivəsində çox gözəl bir oyun oldu.

- “Xəzər” Azərbaycanın birinci divizionunda mübarizə aparır. Bu gün rəqibdən belə bir oyun gözləyirdinizmi?

- Sizin çempionatdakı səviyyənin necə olduğunu bilmirik. Biz 2-ci liqada mübarizə aparırıq. Hədəfimiz 3-cü liqaya çıxmaqdır. Yoxlama oyunlarını çox da ciddiyə almaq lazım deyil. Matçdan əvvəl həm onlar, həm də biz ağır fiziki məşqlər keçmişdik. Buna uyğun oyun sərgilədik. Məncə, hər iki komanda meydanda başabaş mübarizə apardı.

- “Qarabağ Vyana”da 2 azərbaycanlı futbolçu – Elvin Bədəlov və Dmitri Nağıyev çıxış edirlər. Bədəlov 90 dəqiqə oynasa da, Nağıyev ikinci hissədə meydana daxil oldu. Onların çıxışından razı qaldınızmı?

- Əlbəttə, hər ikisindən razı qaldım. Bizim üçün önəmli futbolçulardır. Çox yaxşı işlər görürlər. Hər ikisi gəncdir. Gələcəkdə bizə çox xeyir verə bilərlər.

- Bundan sonra da “Qarabağ Vyana”da azərbaycanlı futbolçular görə bilərik?

- Təbii ki, ola bilər. Biz oyunçu seçərkən onun hansı ölkədən olmasına baxmırıq. Yaxşı futbolçulara qapımız hər zaman açıqdır. Rəhbərliyimiz azərbaycanlılar olduğundan yeni transferlər üçün ölkənizə daha çox üz tuta bilərik. Ordan futbolçu götürə bilərik. Əgər oyun üslubumuza uyğun gələn futbolçu tapsaq, ala bilərik.

- Bu mövsüm üçün əsas hədəfiniz nədən ibarətdir?

- Açığı, əvvəlcə fikrimiz 3-cü liqada möhkəmlənmək idi. Ancaq yeni qaydalara görə, artıq ilk 3 komanda 2-ci liqaya vəsiqə qazana bilər. Biz də düşündük ki, belə bir şey varsa, niyə də yararlanmayaq. Hazırda 3-cü pillədəki komandadan 4 xal geridəyik. Yaxşı oyunçular almışıq. İnanıram ki, 2-ci liqaya çıxmağı bacaracağıq.

- Avstriyada azərbaycanlı azarkeşlər sizə dəstək olurmu?

- Azarkeş dəstəyindən o qədər də məmnun deyilik. Oyunlarımıza elə də çox adam gəlmir. Amma biz böyüdükcə, azarkeşlərimiz də artacaq. Bunun üçün müəyyən işlər görülməlidir. Düşünürəm ki, yavaş-yavaş bu da qaydasına düşəcək.

- Azərbaycanın “Qarabağ” klubunu özünüzə nümunə sayırsınızmı?

- Təbii ki, onların uğurlarına sevinirik. Bu gün iki “Qarabağ” arasında səviyyə fərqi var. Onlar Çempionlar Liqasında oynayırlar. Biz isə hələ yeni başlamışıq. Amma bu komanda ilə qürur duyuruq.

- “Qarabağ” adını daşıdığı üçün Azərbaycanda azarkeşləriniz kifayət qədər çoxdur. Bu, sizə motivasiya verirmi?

- Əlbəttə ki, bu adın önəmini, mənasını bilirik. Futbolçuların da məlumatı var. Hansı tarixi ərazinin adını daşıyan komandada çıxış etdiklərini yaxşı bilirlər. Biz komandaya sadəcə, gəlib, oynayıb, pul qazanıb evinə gedən futbolçular götürmürük. Ürəyi ilə oynayan, komandaya bağlı oyunçular transfer edirik. Buna görə də xarakterli futbolçularımız var. Komandada “Qarabağ”ın nə demək olduğunu hamı bilir.

Tarix
2018.02.02 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

"Mançester Siti" İngiltərə çempionu oldu

Rusiya klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı

"Qarabağ" "Sabah"ı darmadağın etdi

Para-taekvondoçularımız Tokio-2020-yə vəsiqə qazandı

"Legiya" Mahir Emrelinin transferini açıqlayacaq

Dünya Kuboku: Azərbaycan komandası üçüncü oldu

İstanbul derbisi: "Qalatasaray" lideri məğlub etdi

"Neftçi" darmadağınla qalib gəldi, lider oldu

Qadın güləşçimiz Tokio-2020-yə lisenziya qazandı

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla