Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Mourinyoya Rusiya xəzinəsinin qanlı pulları veriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentinin üzvü Kris Brayant “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyonun 2018-ci il dünya çempionatı vaxtı Rusiyanın RT telekanalı ilə əməkdaşlıq etmək qərarını tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Fikrimcə, bu, birbaşa olaraq Rusiya xəzinəsindən ödəniləcək qanlı pullardır”, - Brayant bildirib.

Mourinyonun qərarına həmçinin Leyboristlər Partiyasından olan deputat Stiven Dauti də münasibət bildirib:

“Söhbət sadəcə parlament üzvlərindən getmir. İdman ictimaiyyətindən tanınmış simalar və şərhçilər də Putinin təbliğat maşını ilə əlaqədə olmaq istəyib-istəmədikləri barədə diqqətlə düşünməlidirlər. Kremlin sifarişlərini qəbul edən RT dürüst görünməyə çalışaraq, tamaşaçıları aldadır”.

Qeyd edək ki, “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo RT (Russian Today) telekanalı ilə 2018-ci il dünya çempionatı oyunlarında şərhçilik etmək barədə razılıq əldə edib. Mourinyo 5 gün ərzində RT-dən xidmət haqqı kimi bir milyon funta yaxın pul alacaq.

Tarix
2018.03.14 / 18:01
Müəllif
Orxan Tağıyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

İranlılardan tərbiyəsizlik: Millidəki türkmən təhqir edildi - Foto

İranda 39 il sonra ilk: Qadınlara izn verildi

Salah Misir yığmasını tərk edir - Qalmaqal

Misirin kapitanı xalqa səsləndi: Üzr istəyirik, ancaq...

İspaniya çətinliklə İrana qalib gəldi - Yeniləndi

"Qəbələ"nin baş məşqçisi: Vaxtımız azdır

“Qəbələ” və “Neftçi”nin rəqibləri bilindi - Avroliqa

İran millisində neçə azərbaycanlı var? – Şok rəqəm

UEFA-dan “Qarabağ”la bağlı – Mühüm dəyişiklik

Misir baş məşqçini cəzalandırdı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla