Yuxarı

"Beşiktaş" "Fənərbaxça" ilə görüşdən imtina etdi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beşiktaş” Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə cavab oyununa çıxmayacağı haqda bəyanat yayıb.

Qol.az-ın yaydığı xəbərə görə, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etiraz olaraq bu addımı atıb.

"Beşiktaş"ın bəyanatında deyilir: "Hər zaman əməyi, hörməti və alın tərini ifadə edən 115 illik tariximiz ilə “Beşiktaş”lılıq duruşu sərgiləyərək hüquqa zidd verilən bu qərara münasibətimizi göstəririk. Tək yolumuz mayın 3-də keçiriləcək oyuna çıxmamaqdır.

Bu qərarımızın böyük “Beşiktaş” azarkeşlərinin səsinin də eşitdirilməsi baxımından ən ləyaqətli addım olacağına inanırıq".

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası İstanbul derbisinin təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib.

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Tarix
2018.04.27 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla