Yuxarı

“Qarabağ”ın yeni transferləri kimlər olacaq? – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qapıçıdan tutmuş hücumçuya qədər komandanın bütün mövqelərinə futbolçu almağı planlaşdırırq.

Bu sözləri Axar.az-a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov kluba yeni transferlərin olub-olmaması barədə danışarkən söyləyib. O bildirib ki, hazırda danışıqlar prosesi gedir:

“Adıçəkilən 9 oyunçunun müqavilə müddəti başa çatmışdı. Müəyyən səbəblərdən yeni müqavilə imzalanmadı.

Hazırda hansı ölkələrdən futbolçu almaq məsələsini açıqlamağımız mümkün deyil. Çünki danışıqlar apardığımız oyunçulardan bəzilərinin öz klubları ilə müqavilə müddəti başa çatmayıb. Transfer olunacaq futbolçuları hansısa qiymət çərçivəsində dəyərləndirməyimiz çətindir. Futbolçular eyni şərtlərlə daha çox Rusiya, Türkiyəyə və ya digər ölkələrə getməyə üstünlük verirlər. Bu baxımdan Azərbaycana futbolçu gətirmək bir qədər çətindir. Biz konkret olaraq adlara üstünlük vermirik, daha çox komandaya uyğun futbolçu axtarırırq. Həm də ad çəkilən zaman futbolçuların qiyməti realdakından çox şişirdilir. Hazırda yalnız bir nəfərlə konkret razılaşma əldə olunub”.

Qeyd edək ki, Ağdam klubunun İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov, Pedro Enrike və Ramil Şeydayevlə yolları ayırıb.

Tarix
2018.05.25 / 12:05
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla