Yuxarı

FİFA ilin ən yaxşılarını açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də FİFA Londonda ilin ən yaxşı qolunun müəllifini açıqlayıb.

Axar.az xəbər verir ki, bu, İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi “Everton”la matçda vurduğu qola görə mükafatlandırılıb.

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya “Real Madrid”inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

"Real"ın yarımmüdafiəçisi Luka Modriç və Xorvatiya yığmasının kapitanı FİFA versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib. Modriç misirli Məhəmməd Salah və portuqaliyalı Kristiano Ronaldonu qabaqlayıb. Modriç mərasimdə "Ən yaxşı futbolçu" (The Best Football Awards) mükafatını alıb.

Madridin “Real” klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua 2018-ci ilin ən yaxşı qolkiperi seçilib. O, bu titul uğrunda mübarizədə Uqo Lyoris (Fransa, “Tottenhem”) və Kasper Şmeyheli (Danimarka, “Lester”) qabaqlayıb. Kurtua Belçika yığma komandasının heyətində DÇ-2018-in bürünc medalını qazanıb, həmçinin turnirin yekununda ən yaxşı qapıçı seçilib.

Tarix
2018.09.25 / 00:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla