Yuxarı

Rus şərhçi: Şeydayevin milliyə getməsi axmaqlıq idi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramil Şeydayevin Azərbaycan futbol yığmasına getməsi axmaqlıq idi.

Axar.az xəbər verir ki, bu sözləri “Exo Moskva” radiosunda çıxışı zamanı rusiyalı idman jurnalisti və şərhçi Vasili Utkin işlədib.

“Hazırda “Zenit” futbol klubunda oynamayan yetirmələrdən mükəmməl komanda qurmaq olardı. Yolu “Zenit”dən keçən, ya da onun yetirməsi olanlar premyer liqanın fərqli klublarında oynayırlar. Məsələ ondadır ki, “Zenit” öz resurslarına diqqət yetirmir. Biz bunu ən fərqli səviyyələrdə görürük. Buna misal kimi “Zenit 2”-nin baş məşqçiliyindən Aleksandr Qorşkovun göndərilməsi göstərilə bilər.

Əslən azərbaycanlı olan mükəmməl adamla bağlı vəziyyəti xatırlayın. O, Azərbaycan vətəndaşlığını qəbul etdi, Türkiyədə oynamağa cəhd etdi. Onun adını unutmuşam (sonradan o adı yadına salır və onun Ramil Şeydayev olduğunu deyir – red.). O, gözəl mərkəz hücumçusu idi. Doğrudur, onun Azərbaycanın xeyrinə oynamağı seçməsi və Türkiyəyə getmək qərarı da axmaqlıq idi. O, “Zenit”də qalsa idi, ona qarşı hansısa maraq göstəriləcəkdi. Məncə, bu olanların hamısı qəribədir”, – deyə o bildirib.

Qeyd edək ki, Şeydayev Azərbaycan vətəndaşlığını 2016-cı ildə alıb. O, bundan öncə Rusiyanın 17 və 19 yaşlılardan ibarət futbol yığmalarında oynayıb. Futbolçu 17 yaşlılardan ibarət yığma ilə birgə Avropa çempionu da olub.

O, “Zenit”lə bərabər, “Trabzonspor”, “Jilin” komandalarında oynadıqdan sonra keçən il “Qarabağ”a icarəyə verilib. Bu il o, Rusiyanın “Krılya Sovetov” komandasına keçib.

Tarix
2018.09.25 / 13:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla