Yuxarı

Qaltyedən gözlənilməz açıqlama: "Qarabağ"dan qələbə gözləyirdim"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaltyedən gözlənilməz açıqlama: "Qarabağ"dan qələbə gözləyirdim"

"Dnepr"ə qarşı çox yaxşı oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik". Apasport.az xəbər verir ki, bu sözləri "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye deyib.

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa təmsilçisinin çalışdırıcısı Ukraynanın "Dnepr" klubuna qarşı keçirdikləri oyundan danışıb. Rəqibimiz, həmçinin "İnter" – "Qarabağ" görüşü barədə də fikirlərini açıqlayıb: "Ukrayna klubu ilə oyuna çox yaxşı başladıq. Amma sonra matça nəzarəti əldən buraxdıq. Daha yaxşı oyun qururduq və cərimə meydançasına qədər gəlirdik. Futbolçularımın əzmkarlığı məni sevindirdi. Onlar sona qədər qələbə üçün döyüşdülər. Biz nikbin qalmaq istəyirik. Heç nədən ümidimizi üzmürük. Çünki oyundan-oyuna artıracağıq. Düzü, "Qarabağ"dan "İnter"lə oyunda daha yaxşı nəticə gözləyirdim. Düşünürdüm ki, Azərbaycan klubu qələbə qazana bilər. Ən azından heç-heçəyə ümid edirdim. Çünki "Qarabağ" Milan klubundan xal alsaydı, o zaman bizim işimiz daha asan olardı və şansımız daha çox olardı. Amma yenə fikrimdə qalıram ki, "Qarabağ" qrupun favortilərindən biridir".

Tarix
2014.10.03 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla