UEFA milli komandaların yeni reytinq cədvəlini
açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan millisi yeni siyahıda
geriləyib.
54 komandanın yer aldığı siyahıda 29-cu olan millimizin
aktivində 11.500 xal var. Yığmamız ötən ay 28-ci pilləni
tuturdu.
AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən yalnız
İtaliya mövqeyini dəyişib. Oktyabrın 11-də qarşılaşacağımız rəqib 1
pillə irəliləyərək 4-cü olub (57.176 xal). Digər rəqiblərimiz isə
mövqeyini qoruyub. Belə ki, Xorvatiya 18-ci (22.000 xal),
Bolqarıstan 25-ci (16.000), Norveç 26-cı (14.375), Malta 47-ci
(4.208) pillədə qərarlaşıb.
İlk "üçlük"dəki komandalar mövqelərini dəyişməyib. Ötən ay
olduğu kimi İspaniya 1-ci, İngiltərə 2-ci, Almaniya 3-cü yeri
tutur. Qardaş Türkiyə millisi isə 12-ci pillədəki yerini
qoruyub.