Yuxarı

Məşhur futbolçu İngiltərə Liqasına qayıda bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Pari Sen-Jermen” (PSG) klubunun argentinalı yarımmüdafiəçisi Anxel Di Marianın karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, əvvəllər “Mançester Yunayted”in şərəfini qoruyan futbolçunun PSG ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Çox güman ki, klub argentinalı ilə müqaviləni uzatmayacaq. O, Premyer Liqaya öz arzusu ilə qayıtmaq istəyir. Otuz yaşlı futbolçunun agentləri hesab edirlər ki, İngiltərə klubları yarımmüdafiəçiyə həftədə 200 min funt sterlinq (227 min avro) məvacib ödəyə biləcəklər.

Qeyd edək ki, bir müddət əvvəl mediada “Yuventus”un bu futbolçu ilə maraqlandığı iddia olunurdu.

Anxel Di Maria 2015-ci ildə 63 milyon avroya “Mançester Yunayted”dən PSG-yə keçib. Cari mövsümdə argentinalı yarımmüdafiəçi parislilərin heyətində 12 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Tarix
2018.10.16 / 20:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Azərbaycan-Slovakiya sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla