Yuxarı

Berti Foqts 6-0-dan danışdı - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berti Foqts 6-0-dan danışdı - Yeniləndi

Bu gün Avro-2016-nın seçmə mərhələsində qrup oyunları keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan millisi də Xorvatiya yığması ilə qarşılaşır.

Bu görüşədək qrupda Bolqarıstan və İtaliya ilə qarşılaşan yığmamız eyni hesabla 2-1 məğlub olmuşdu.

Qeyd edək ki, bu dəqiqələrdə davam edən matçda hesab açılıb. Xorvatiya millisinin oyunçusu Kramariç görüşün 10-cu dəqiqəsində hesabı açıb.

00:20

Xorvatiya Perişiçin qolu ilə görüşün 34-cü dəqiqəsində fərqi artırdı 2-0.

00:29

Perişiç özünün 2-ci, komandasının 3-cü qolunu millinin qapısından keçirtdi 3-0.

00:32

Borozoviç 4-cü topu millinin qapısından keçirtdi 4-0.

00:59

Modriç xorvatların 5-ci topunun müəllifi oldu 5-0.

01:07

Millimizin müdafiəçisi 6-cı topu qapımızdan keçirtdi 6-0.

01:47

Azərbaycan millisi qrupda 3-cü matçında da meydanı başı aşağı tərk etdi. Xorvatiya milli üzərində 6-0 hesablı qələbə əldə etdi və qrupda İtaliya ilə birgə liderdi.

02:09

"Xorvatiya millisini təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə aparır, digəri isə buna fiziki baxımdan hazır deyildi". Apasport.az saytının Xorvatiyaya ezam olunan əməkdaşının xəbərinə görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdu.

Yığmamız az öncə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiya ilə qarşılaşdı. Osiyek şəhərində baş tutan görüşdə qapısından 6 cavabsız top buraxan komandamızın almaniyalı çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında biabırçı məğlubiyyətin səbəblərini açıqlayıb.

"Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz" – deyə, Foqts bildirib.

- Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?

- Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.

- Cinahlarda Xorvatiya yığması çox güclü idi. Siz isə onlara qarşı oynaya bilmədiniz...

- Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır.

- Siz özünüzdə günah görmürsünüzmü?

- Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm.

- Sonuncu mətbuat konfransında demişdiniz ki, 6-7 il əvvəl İtaliyaya 0:6 hesabı ilə yenilərdik. Bu məntiqlə Xorvatiyaya 6-7 il əvvəl 10:0 hesabı ilə uduzardıq.

- Əgər 6 il əvvəl 2 oyun arasında 3 gün fərq olsaydı, yəqin ki belə olacaqdı.

Tarix
2014.10.14 / 02:09
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla