Yuxarı

Millinin olaylı matçı Baş nazirin səfərini təxirə saldı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millinin olaylı matçı Baş nazirin səfərini təxirə saldı - Video

Albaniyanın Baş naziri Edi Rama Serbiya səfərini təxirə salıb.

Axar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rama 14 oktyabrda Serbiya-Albaniya arasında baş tutan Avro-2016-nın seçmə mərhələsi matçında baş verən qalmaqala görə səfərindən imtina edib.

Balkan yarımadasının iki ölkəsinin Baş nazirləri 22 oktyabrda görüşməli idilər, ancaq telefon danışığının gedişatında səfər 10 noyabr tarixinə keçirilib.

Baş nazirlər regionda sabitliyin qorunması üçün birgə imkanlardan istifadə edilməsinin qaçılmaz olduğunu vurğulayıblar.

Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya oyunu yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin hərəkəti olub. İlk hissənin sonlarında Albaniyanın bayrağını uçurublar. Meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviç tullanaraq bayrağı yerə salıb. Bundan sonra komandaların futbolçuları arasında mübahisə yaranıb. Serbiyalı azarkeşlər fayerlər yandıraraq meydana atıblar. Nəticədə görüş qeyri-müəyyən müddətə dayandırılıb.

Tarix
2014.10.20 / 00:06
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla