Yuxarı

Qəbələdə çempionat keçiriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə Milli Bayraq Günü və Konstitusiya Gününə həsr edilmiş Peyntbol idman növü üzrə respublika çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, çempionat 8-9 noyabr 2014-cü il tarixlərdə təşkil olunacaq.

Çempionat Peyntbol Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsi və ASAN Xidmətlə qarşılıqlı əməkdaşlıq şəraitində baş tutacaq. Bu məqsədlə Gənclər və İdman Nazirliyi və Peyntbol Federasiyası tərəfindən təsdiqlənmiş rəsmi əsasnamə dəvət olaraq aidiyyəti orqanlara göndərilib.

Çempionatın keçirilməsində məqsəd silahlı qüvvələr və hüquq-mühafizə orqanı əməkdaşlarının fiziki hazırlığının artırılmasına dəstək vermək, Azərbaycan Respublikası Prezidentinin tövsiyyələrinə uyğun olaraq idman siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir. Çempionat silahlı qüvvələri və hüquq-mühafizə orqanları idman klublarının nümayəndələri, əməkdaşlarının (müvafiq təhsil strukturlarının kursantları, mudavimləri, kadetləri, təlim tədris mərkəzinin əməkdaşaları, eləcə də bu qurumları aid edilə bilinəcək bütün personal daxil olmaqla) komandaları üçün açıqdır.

Ümumi komanda hesabında hakimlər kollegiyasının qərarı ilə 1-ci, 2-ci və 3-cü yeri tutmuş komanda üzvləri Gənclər və İdman Nazirliyinin birinci dərəcəli diplomu, kubok, medallar və eləcə də qiymətli hədiyyələrlə təltif ediləcəklər.

Tarix
2014.10.22 / 03:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla