Yuxarı

“Bizi tərifləyənlər tənqidə keçəcəklər” - Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının XI turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün ikiqat əlamətdar olacaq.

Axar.az xəbər verir ki, 42 yaşlı mütəxəssis karyerasında baş məşqçi kimi 300-cü, "Qarabağ"la Premyer Liqada 200-cü oyunu keçirəcək.

***

"Araz-Naxçıvan"la sabah baş tutacaq qarşılaşmayadək onun hesabında 299 oyun var. Məşqçilik karyerasına 2006-cı ildə "Neftçi"də başlayan Qurbanov bakılıları 38 oyuna çıxarıb: 25 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət; top fərqi 76-28.

2008-ci ildən "Qarabağ"da işləyən mütəxəssis bu komandadakı 261 matçda 131 qələbə, 78 heç-heçə və 52 məğlubiyyət görüb. Top fərqi isə 342-197-dir.

Baş məşqçi kimi yalnız bu iki klubda çalışan Qurbanov ümumilikdə 299 qarşılaşmada 156 qələbə, 84 heç-heçə və 59 məğlubiyyətə şahid olub. Onun yetirmələri 418 qol vurub, 225-ni buraxıb.

Qeyd edək ki, Qurbanovun 299 matçından 227-si çempionat, 33-ü kubok, 39-u avrokubok oyunudur. Premyer Liqadakı 227 görüşdən 28-i "Neftçi", 199-u "Qarabağ"da olub. Bu da o deməkdir ki, mütəxəssis Ağdam təmsilçisini 200-cü çempionat sınağına çıxaracaq.

***

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov isə Apasport.az-a deyib ki, əsas məqsədi ölkə çempionu olmaqdır: "Çünki avrokuboklara yol çempionatda mükafatçılar sırasında qərarlaşmaqla açılır. Ona görə də çempionatı qazanıb, fikri ora vermək olmaz. Avrokuboklar bir müddətdən sonra başa çatacaq. Ancaq çempionat uzun marafondu. "Qarabağ" qrupdan çıxıb tarix yazsa, amma çempion olmasa, indi bizi tərifləyənlər tənqidə keçəcəklər. Deyəcəklər ki, çempionata ciddi yanaşmırlar. Yəni, birini unudub, digərindən yapışmaq olmaz".

Tarix
2014.11.02 / 13:00
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla