Yuxarı

Millimizin baş məşqçi postuna 3 məşhur namizəd

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin baş məşqçi postuna 3 məşhur namizəd

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. Ancaq çox güman, təyinat növbəti il gerçəkləşəcək. Hər halda, bu gün 2018-dəki sonuncu gündür. Odur ki, millinin çalışdırıcısının məhz bu gün bəlli olacağı inandırıcı deyil. Beləliklə, yeni baş məşqçini görmək üçün 2019-u gözləyək.

Futbol11.az xəbər verir ki, AFFA bir çox mütəxəssislə danışıq aparır. Təbii ki, namizədlərin hamısı əcnəbilərdir. Federasiyanın hədəfində olan namizəd isə yığmamızda çalışmaqdan imtina edib. Söhbət Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çalışan Slaven Biliçdən gedir. 50 yaşlı xorvatiyalı mütəxəssis Xorvatiya millisi, "Hayduk", "Lokomotiv", "Beşiktaş" və "Vest Hem"də çalışıb.

Yığmaya daha bir namizədin adı çəkilir. Həmin mütəxəssis bu ilin oktyabrında Yunanıstan millisindən istefaya göndərilən Mixael Skibbedir. Almaniyalı çalışdırıcı daha əvvəl "Qalatasaray" və "Karabükspor"un "sükanı arxasında" yer alıb və uğursuzluqları ilə diqqət çəkib. 53 yaşlı çalışdırıcı "Şalke", "Borussiya", "Bayer", "Ayntraxt", "Herta" və "Qrasshoppers" kimi komandalarda çalışıb.

Millimizi çalışdırmaqdan imtina edən digər çalışdırıcı isə Fernando Yerrodur. Yerro son dünya çempionatında İspaniya millisinə rəhbərlik edib. Lakin yığmanı uğursuzluqdan xilas edə bilməyincə, özü də həmin postda qalmayıb. Yerro millimizin AÇ-2020-nin final mərhələsinə yüksəlməyinin reallıqdan uzaq olduğunu deyib.

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov bu ayın əvvəlində vəzifəsindən ayrılıb.

Tarix
2018.12.31 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bu deputata görə Türkiyədə Azərbaycan təhqir edilir...

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla