Yuxarı

“Hazırlaşmağa vaxtımız yoxdur”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 6-da Avropa Liqasının qrup mərhələsində "Dnerp"lə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.

Axar.az xəbər verir ki, komandanın bugünkü məşqindən sonra baş məşqçi Qurban Qurbanov danışıb. O, Qol.az-ın suallarını cavablandırıb:

- İstədiyimiz kimi hazırlaşmağa bir o qədər vaxtımız yoxdu. Çempionat oyunları sıx qrafikdə keçirilir, sadəcə, iki gün vaxtımız var idi. Dünən ilk məşqimiz keçirildi.

İki qrupda hazırlıq prosesi oldu: oynayanlar və oynamayanlar. Bu gün də bir az fərqli qruplarla məşqimiz oldu. Çalışırıq, oyuna kimi komandanı tam hazır vəziyyətə gətirək.

Mən "Dnepr"lə oyundan sonra da bildirdim ki, arxayınlaşmamalıyıq. Əlbəttə, səfərdəki qələbə bizi sevindirir. Amma bu o demək deyil ki, biz qarşıdakı oyunların hamısında qalib gələcəyik. Əsas məqsədimiz gələcək matçlara yaxşı hazırlaşmaqdır.

Biz əlimizdən gələni əsirgəməyəcəyik. Amma qələbələrə aldanmamalıyıq. Bəzən bir uğuru çox böyüdürük. Unutmayaq ki, Azərbaycan kiçik futbol ölkəsidir, biz hələ yeni-yeni Avropa komandalarına qarşı normal oynamağa başlamışıq. Qarşıdakı oyunlara ciddi yanaşmalı və yaxşı hazırlaşmalıyıq".

Tarix
2014.11.05 / 01:09
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla