Yuxarı

"Şalke"nin baş məşqçisi istefaya göndərildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Domeniko Tedesko Almaniyanın "Şalke" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

Axar.az Report-a istinadən məlumatına görə, bu qərar cari mövsümdə nəticələrin zəifləməsi üzündən qəbul olunub.

"Tedeskonun kənarlaşdırılması barədə qərar ağır oldu. Onun "Şalke"nin inkişafındakı rolunu qiymətləndiririk. Ötən mövsüm komanda irəlilədi və Bundesliqada ikinci yeri tutdu. Amma biz bu mövsüm nəticələrin zəifləməsinə laqeyd yanaşa bilmədik. Vəziyyəti hərtərəfli analiz etdikdən sonra nəticələrin yaxşılaşdırılması üçün dəyişikliyə zərurət duyduq", - deyə "Şalke"nin idman direktoru Yohan Şnayder bildirib.

Domeniko Tedeskonun "Şalke"də son oyunu Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin qarşılaşmada Almaniya təmsilçisi İngiltərənin "Mançester Siti" klubuna uduzub - 0:7.

Tarix
2019.03.15 / 00:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla