Yuxarı

Mixitaryan Bakıya gələcəkmi? - UEFA-dan dəstək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal" Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mixitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.

Qol.az xəbər verir ki, iddiaya əsasən, qitə futbol qurumunun rəsmiləri 30 yaşlı yarımmüdafiəçinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma üçün Azərbaycana gəlməsində hər hansı problem olmayacağını düşünürlər. UEFA-nın bunun həlli üçün bütün səylərini səfərbər edəcəyi bildirilir.

Qurumdan verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib: "Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir".

Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda "Napoli"ni 2:0 hesabı ilə məğlub edən "Arsenal" bu gün səfərdə cavab matçına çıxacaq. "Topçular" mərhələni keçsələr, yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Mixitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.

Tarix
2019.04.17 / 00:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla