Yuxarı

Olimpiya çempionu həbs edildi - Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slalom və ikili baydarkada avarçəkmə üzrə 2012-ci ilin Olimpiya çempionu Etyenn Stott Londonda keçirilən ekoloji etiraz aksiyasında həbs olunub. Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 39 yaşlı Olimpiya çempionu Skotland-Yard polisləri tərəfindən Vaterloo körpüsünün yaxınlığında ekoloji şüarlar səsləndirdiyi zaman saxlanılıb. Bundan əvvəl bildirilib ki, Stott və yoldaşı avtobus dayanacağının damında çıxışlar ediblər.

Londonda keçirilən etiraz aksiyasının iştirakçıları hökumətdən iqlim dəyişmələri barədə həqiqətləri söyləməyi, bu sahədə nəzarətedici vətəndaş Assambleyasının yaradılmasını, həmçinin atmosferə emissiya olunan qazların səviyyəsinin sıfıra endirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edirlər.

Bu günədək aksiya iştirakçılarından 831 nəfər saxlanılıb, onların 40-na qarşı ittiham irəli sürülüb. London polisinin rəhbəri Kressida Dikin sözlərinə görə, polisdə işlədiyi 36 il ərzində o, bir polis əməliyyatında bu sayda insanın saxlanıldığını xatırlamır.

Tarix
2019.04.22 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla