Yuxarı

Erməni futbolçu niyə Bakıya gəlmədi? - Əsl səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal” erməni yarımmüdafiəçi Henrix Mxitaryanı Azərbaycana gətirmirsə, bunun əsas səbəbi onun klubun əsas futbolçusu olmamasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında futbol üzrə ekspert Sənan Şəfizadə “Arsenal”ın erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməyəcəyi ilə bağlı xarici mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Henrix Mxitaryanın təhlükəsizliyinə hər hansı bir təhdid yoxdur:

“Henrix Mxitaryanın Bakıya gəlməməsi barədə rəsmi məlumat yoxdur. Yalnız İngiltərə mətbuatında bu barədə məlumatlar qeyd edilib. Rəsmi açıqlama olmadığı üçün son anda Henrix Mxitaryanın heyətə daxil olacağı istisna olunmur. Ümumiyyətlə isə onu qeyd edim ki, Henrix “Arsenal”ın əsas futbolçularından deyil. Bunu görmək üçün “Arsenal” komandasının İngiltərə çempionatında, eləcə də Avropa Liqasında keçirdiyi matçlardakı statistikasına baxmaq lazımdır. Həmin futbolçunun neçə dəqiqə meydanda olması buna sübutdur. “Arsenal”ın təhlükəsizlik problemiylə bağlı söylədikləri isə gülüncdür. Bundan əvvəl də Bakıda keçirilən bir sıra yarışlarda erməni idmançılar iştirak edib. Bunlara boks üzrə dünya çempionatını, şahmat üzrə dünya kubokunu misal çəkmək olar. Eyni zamanda Avropa Oyunları zamanı da başqa komandanın tərkibində erməni idmançılar olub. Onların təhlükəsizliyi digər ölkələrin idmançılarının təhlükəsizliyi kimi yüksək səviyyədə qorundu. Şahmat üzrə dünya kuboku keçirilən zaman bir zalda 155 şahmatçı olub və onlardan 5-i Ermənistan idmançısı olub. Hətta Levon Aronyan məğlub olduqdan sonra Bakını gəzmək istəyib və ona bu şərait yaradılıb. Bakı gəzintisindən olan fotoları L.Aronyan sosial şəbəkə hesabında da paylaşıb. Azərbaycan idman ölkəsidir. Bizdə idmanı siyasətə qarışdırmırlar. İndi də “Arsenal” Henrixi gətirmirsə, demək, özləri istəmir. Biz “Arsenal”ın bütün heyətinə təhlükəsizliklə bağlı zəmanət vermişik. Maraqlıdır ki, finaldakı digər komanda “Çelsi” heç bir irad göstərmir, amma “Arsenal” tərəfi təhlükəsizlik və Bakının uzaq olması barədə fikirlər səsləndirir. “Arsenal” bu cür açıqlamalarla öz nüfuzuna da xələl gətirir”.

Məsələyə münasibət bildirən digər idman eksperti Amal Abuşov da Mxitaryanın son vaxtlar əsas heyətdə nadir hallarda çıxış etdiyini vurğulayıb:

“Azərbaycan erməni futbolçunun təhlükəsizliyinə təminat verib. Onu burada heç kəs əlində silah gözləmir. Güman etmirəm ki, hansısa xoşagəlməz olayın yaşanması qorxusu və əlavə təzyiqdən qaçmaq istəyi bu qərara səbəb olub”.

Digər futbol üzrə ekspert Elnur Əşrəfoğlu da Henrix Mxitaryanın Bakıya gətirilməməsinin səbəbini futbolçunun əsas heyətdə yer almaması ilə izah edib:

“Arsenal”ın builki oyunlarına nəzər salsaq, görərik ki, Henrix Mxitaryan London klubunun əsas oyunçusu deyil. O, bir çox oyunda ehtiyatda gözləyib. Mövsümün sonunda, yəni “Arsenal”ın titul qazanmaq üçün heç bir şansı qalmadıqda meydana daxil olub. Henrix Mxitaryanın Bakıya gətirilməməsinin səbəbi də əsas heyətdə yer almamasıdır. Futbolçunun təhlükəsizliyi ilə bağlı yayılan yalan iddialar isə gülüncdür. Rəsmi orqanlarımız tək Henrix Mxitaryanın deyil, digər futbolçuların da təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyi barədə məlumat yayıb”.

Qeyd edək ki, “Tayms” nəşri “Arsenal”ın erməni yarımmüdafiəçi Henrix Mxitaryanın təhlükəsizlik səbəbindən Bakıya gəlməyəcəyi barədə məlumat yayıb.

Tarix
2019.05.18 / 09:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla