"Qarabağ"ın Avro Liqada
üzləşdiyi ədalətsizlik dünya idman mediasında bir nömrəli müzakirə
mövzusuna çevrilib. Milan "İnter"i ilə görüşdə son saniyələrdə
vurulan qolun hesaba alınmaması və Ağdam təmsilçisinin növbəti
mərhələyə qapılarının bağlanması kəskin etirazlarla
qarşılanıb.
Artıq demək olar ki, tanınmış futbolçular, baş məşqçilər bu
haqsızlığa mövqeyini bildirib. Paralel olaraq, klub rəhbərliyi
hüquqi mübarizəni davam etdirir.
Belə ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin UEFA-nın
yarışlar üzrə direktoru Corco Marketti ilə görüşünün vaxtı
müəyyənləşib. T.Gözəl dekabrın 17-də İsveçrəyə yollanaraq Marketti
ilə bir araya gələcək.
Vitse-prezident Ağdam klubunun rəsmi saytına açıqlamasında bu
sözləri deyib: "Nəticədən asılı olmayaraq, futbolun ürəyi olan
UEFA-ya gedəcəyəm. Orada qapalı və ya açıq görüşdə həmin epizoda
onlarla birgə baxacağam və "Qarabağ"a qarşı haqsızlıq edildiyini
onların dilindən eşidəcəyəm".
Qeyd edək ki, 90+4-cü dəqiqədə təmiz qolunun sayılmaması ilə
bağlı "Qarabağ" UEFA-ya şikayət məktubu ünvanlayıb.
UEFA-dan hələ ki heç bir cavab gəlməyib. Klubun türkiyəli vəkili
Gurur Günal məlumat verib ki, həm matçın vaxtından əvvəl
yekunlaşdırılması, həm də qolun hesaba alınmaması ilə bağlı UEFA-ya
şikayət olunub: "Ancaq UEFA-nın İntizam Komitəsi hakimin qərarının
müzakirə edilməyəcəyini bildirir. Ona görə də yalnız hakimin xəta
etdiyini qəbul edə bilər".
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siqqib də
çexiyalı baş hakim Miroslav Zelinkanın qərarına təəssüflənib. Səfir
bu barədə bunları deyib: "Oyunu "Qarabağ"ın vitse-prezidenti Tahir
Gözəllə birgə izləyirdim. Maraqlı oyun keçdi. Lakin matçın
sonlarında qolun qeydə alınmaması bizi çox təəssüfləndirdi".
Səfir təmiz qolu sayılmayan "Qarabağ"a əlindən gələn köməyi
etməyə hazır olduğunu vurğulayıb: "Qarabağ" və klubun baş sponsoru
bizim dostumuzdur. Lazım gələrsə, bir səfir kimi əlimdən gələni
əsirgəmərəm".
Türkiyənin ulduz futbolçusu, "Atletiko"da top qovan Arda Turan
da məsələyə biganə yanaşmayıb. A.Turan şəxsi hesabından
"Qarabağ"lılara belə mesaj yollayıb: "Hakim tərəfindən 3 xalı zorla
əlindən alınan "Qarabağ"lı qardaşlarımızın üzüntülərini
paylaşırıq".
"AzərFax"ın (AFA) əməkdaşının apardığı araşdırma nəticəsində isə
məlum olub ki, "Qarabağ"ın ədalətsizliklə üzləşdiyini Ermənistanın
idman saytları da yazıb. Diqqətçəkən məqam odur ki, bu xəbərlərdə
komandanın adı təmsil etdiyi ölkənin adı ilə yanaşı çəkilir.
Əvvəllər "Qarabağ"la bağlı UEFA xəbərlərindən belə ölkəmizin adını
çıxaran erməni saytları artıq komandamızı "Qarabağ"-Azərbaycan"
kimi təqdim edir.
Armfootball.com, news.am kimi saytlar "Qarabağ"ın üzləşdiyi
haqsızlığa görə UEFA-ya şikayət edəcəyinə dair xəbərləri də
yayımlayıblar. Qurban Qurbanovun fotoları ilə yayımlanan bu
xəbərlərdə də qeyd olunur ki, Azərbaycan klubunun italyanların
qapısından keçirdiyi qol çexiyalı hakim tərəfindən qeydə
alınmayıb.
Bəzi iddialara görə, çexiyalı hakim pulla alınıb. Belə ki, İqor
Kolomoyski "Dnepr"in sahibi və Ukraynanın məşhur iş adamlarından
biridir. O, milliyyətcə yəhudidir. Məlumata görə, yəhudi oliqarxın
UEFA ilə əlaqələri çox güclüdür.
Onu da deyək ki, "Qarabağ"ın Avropada uğurlu çıxışına ölkə
rəhbərliyi biganə qalmayacaq. Fanat.az-ın əldə etdiyi məlumata
görə, prezident İlham Əliyev Ağdam klubunu qəbul edəcək. Görüş
yaxın günlərdə keçiriləcək. "Qarabağ" dövlət başçısı ilə görüşə tam
heyətlə qatılacaq.
Musavat.com