Yuxarı

İkinci hissədə dönüş etdik... - APOEL-in çalışdırıcısı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkinci hissədə dönüş etdik... - APOEL-in çalışdırıcısı

Çox sevinirəm ki, ilk yarıda geridə olduğumuz halda ikinci hissədə dönüş edə bildik.

Report-un məlumatına görə, bunu Kipr APOEL-inin baş məşqçisi Tomas Doll evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis komandaya gəlişindən sonra Azərbaycan çempionlarına heç vaxt uduzmadıqlarını bildirib: "Bura gəldiyim vaxt komandam Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşündə 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var. Daha yaxşı oynamağı bilirik. Bu dəfə də 0:1 hesabı ilə geridə olduqdan sonra ayıldıq. Daha yaxşı oynamağı bacarırıq. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam".

Qrupun çox çətin oyunundan üzüağ çıxdıqlarını deyən baş məşqçi komandasının ürəklə çıxış etməsindən məmnunluq ifadə edib:

2Onlar mənim ayaqlarım arasında hava şarları ilə oynadılar. Son matçlarda futbolçularım özlərini daha özünəinamlı hiss edirlər. Bunlar cəsarətli oyundan xəbər verir. Futbolçularımın son dəqiqələrdəki performansından razıyam. Habelə, gözəl qapıçımız var idi. İlk yarıdan sonra fasilə zamanı futbolçular necə vicdanlı olduqlarını göstərdilər. Birinci hissə bizim üçün pis keçmişdi. Çoxlu top itkisinə yol vermişdik. Amma sonradan doğru qərarlar verdik. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik"

Tarix
2019.11.08 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla