Yuxarı

Bakıya gələcək milliləri doğru təxmin edənlərə şad xəbər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avro-2020-nin 3 qrup və bir 1/4 final mərhələsi oyununa ev sahibliyi edəcək Bakı azarkeşlərə böyük futbol həyəcanını yenidən yaşadır. İndi hər kəsin gözü noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək final mərhələsinin püşkatma mərasimindədir. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq.

Axar.az xəbər verir ki, püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün https://euro2020.affa.az/az/prediktor/ saytında xüsusi bölmə yaradılıb. Bakıya gələcək millilərin adlarını doğru təxmin edənlər yarışa 2 bilet qazanacaqlar. Bunun üçün https://euro2020.affa.az/az/prediktor/ saytına daxil olaraq qeydiyyatdan keçmək və təxminlər əsasında Bakıya gələcək milli komandaların adlarını qeyd etmək lazımdır. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə Avro 2020-nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Tarix
2019.11.29 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla