Yuxarı

“Bakı” rəsmən çökür - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı” rəsmən çökür - Açıqlama

Fevralın 7-də Azərbaycan Premyer Liqasının 20-ci turunun "Qarabağ" – "Bakı" oyunu keçirilməyə bilər.

Axar.az xəbər verir ki, paytaxt klubu üzləşdiyi maddi problemlər səbəbindən futbolçulara maaş verə bilmir. Bu səbəbdən komandanın üzvləri hazırkı vəziyyətdən narazıdır və onlar "Qarabağ"la oyuna çıxmamaq qərarı veriblər.

"Bakı"nın icraçı direktoru Yaşar Seyidov "Qol.az"a matçın baş tutacağı ilə bağlı qəti fikir söyləməyib və ehtiyatlı danışıb.

"Futbolçuları da başa düşmək olar. Onlar maaş almadıqlarına görə narazıdırlar. Oyuna hələ iki gün var. Biz də ümid edirik ki, oyuna qədər futbolçuların maaş məsələsində az da olsa irəliləyiş ola bilər", - deyə Y.Seyidov bildirib.

Y.Seyidov qeyd edib ki, maddi vəziyyətdə dəyişiklik olmasa, komandanın çempionatda çıxışını davam etdirməsi sual altında olacaq:

"Bakı" klubundakı maliyyə problemləri artıq heç kimə sirr deyil. Çətinliklərimiz çoxdur. Artıq mətbuatda məni qınayırlar ki, bu çətinlikləri ört-basdır etməklə məşğulam. Vəziyyət düşündüyünüzdən də pisdir. Lakin ümid sonda ölür. Hələ də problemin həllinə ümid edirik".

Qeyd edək ki, klubun rəhbəri iş adamı Hafiz Məmmədovdur.

Tarix
2015.02.05 / 17:06
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla