Yuxarı

Hiss olunur ki, bu matça maraq azdır - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hiss olunur ki, bu matça maraq azdır - Qurbanov

Qrupda sonuncu oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Hər halda, oyuna ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik. Bu oyundan əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda Lüksemburq “Düdelanj”ı ilə qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis bildirib: “Düdelanj” tanıdığımız rəqibdir. Bizim üçün hər oyun ciddidir. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar”.

Q.Qurbanov hər oyuna tam heyətlə hazırlaşmaq istədiklərini bildirib: “Xayme Romero komanda ilə birlikdə məşq edir. Əsas heyətə düşmək ehtimalı azdır. Əvvəlki matçlar ilə müqayisədə oyunçuların durumu yaxşıdır. Ən azı ilin sonunda istirahət edə biləcəklər. Bizim sabahkı oyunda üstünlüyümüz ondan ibarətdir ki, öz meydanımızda çıxış edirik. Rəqib ilk oyundakı nəticəyə görə daha yaxşı hazırlaşacaq”.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.

Tarix
2019.12.11 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Bayramov Mirzoyanla söhbətləşdi - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla