Yuxarı

Ramil Şeydayevin yeni klubu bəlli oldu - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Şeydayevin yeni klubu bəlli oldu - Rəsmi

Bakının “Sabah” futbol klubu Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.

Axar.az klubun saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq. R.Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Yığmanın hücumçusu futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ” komandasının heyətində oynayıb.

R.Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olub. 2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qol vurub.

Tarix
2020.02.17 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla