Yuxarı

Formula 1-də yeni təqvim: Təsdiqlənə bilər...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula 1-də yeni təqvim: Təsdiqlənə bilər...

Almaniyanın “Auto Motor und Sport” jurnalının yazdığına görə, “Liberty Media” və komandalar Formula 1-in 2020-ci il üçün təqvimini bu həftənin sonunadək təsdiqləmək niyyətindədirlər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, təqvimin ilkin variantından söhbət gedir. Avropada koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, Niderland, İspaniya və Monakoda yürüşlərin əvvəl planlaşdırıldığı vaxtda keçiriləcəyinə heç bir ümid qalmır. Beləliklə, Formula 1-də mövsümün iyunun 7-də, Bakıda start götürəcəyinə hazırlaşırlar. Hər şey yaxşı keçərsə, o zaman 182 gün ərzində biz 18 Qran-Prinin şahidi olacağıq.

Azərbaycan, Kanada, Fransa, Avstriya və Böyük Britaniyada keçiriləcək ilkin yarışların əvvəlcədən təsdiq olunmuş - 7, 14, 28 iyun, 5 və 19 iyul tarixləri qüvvədə qalacaq. Təqvimdə dəyişiklik Silverstoundakı yürüşlərdən sonra başlayacaq. Hazırda həmin Qran-Prinin İspaniyada iyulun 26-da – Böyük Britaniya və Macarıstan qran-priləri arasında keçirmək imkanı dəyərləndirilir.

Macarıstan mərhələsindən sonra çempionat ikihəftəlik fasilə götürəcək, sonra isə ardıcıl olaraq 3 yürüş - Niderland (23 avqust), Belçika (30 avqust) və İtaliya (6 sentyabr) yürüşləri planlaşdırılıb. Sonrakı Sinqapur (20 sentyabr) və Rusiya (27 sentyabr) mərhələlərinə dəyişikliklər olunmayıb.

“Liberty Media”da debüt Vyetnam Qran-Prisini də keçirmək istəyirlər. Nəzəri cəhətdən bunu Yaponiya Qran-Prisindən əvvəl və ya sonra etmək mümkündür. Lakin bu variantlardan hər hansı biri seçildikdə ardıcıl dörd yürüş alınır.

ABŞ (25 oktyabr), Meksika (1 noyabr) və Braziliyada (15 noyabr) yürüşlərə dəyişiklik olunmayacaq. Bəhreyn Qran-Prisi noyabrın 29-na keçirilir, mövsüm dekabrın 6-da Əbu-Dabi Qran-Prisi ilə başa çatacaq. Beləliklə, Melburn, Şanxay və Monako mərhələləri təqvimdən çıxarılır.

Avqust ayında komanda bazalarının ikihəftəlik məcburi bağlanmasına dair məsələ qalır. Komandalar faktiki olaraq, yay fasiləsindən imtinaya razılıq veriblər. Bunun müqabilində onlara aprel və may aylarında bazaları ikihəftəlik bağlamaq təklif olunub. Hər komanda özünə münasib olan vaxtı seçmək imkanına malikdir.

Tarix
2020.03.19 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla