Yuxarı

Bakıdakı İran klinikasında nə baş verir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı İran klinikasında nə baş verir?

Səhiyyə Nazirliyi İran klinikasını növbəti dəfə cəzalandırdı. Fevralın 7-də İranın Qırmızı Aypara Cəmiyyətinin tibb ocağı barəsində ölçü götürülsə də, martın 4-də növbəti cəza tədbiri görülüb.

Axar.az xatırladır ki, xeyli müddətdir bu klinikanın fəaliyyətinə xitam veriləcəyi haqda söz-söhbət dolaşır. Hətta bir dəfə bağlanan klinika yenidən işini bərpa etmişdi. Ancaq son iki ay ərzində nazirlik klinikanı iki dəfə cəzalandırıb. Klinikada nə baş verdiyi müəmmalı olaraq qalır.

Daha əvvəl isə İranın "İmam Əli" tibb ocağı bağlanıb.

Xatırladaq ki, İran klinikalarının yürütdüyü siyasət nəticəsində hər gün onlarla xəstə İrana axışır. Bu klinikalar xüsusilə Təbrizdə fəaliyyət göstərən bir neçə özəl tibb müəssisəsi ilə gizli əməkdaşlıq edirlər. Belə ki, onlara müraciət edən Azərbaycan vətəndaşlarının çoxunu həmin özəl tibb ocaqlarına yönləndirirlər. Bu isə müəyyən maddi maraq müqabilində baş tutur. Bakıda çalışan iranlı həkimlər Təbrizdəki xəstəxanalardan ora göndərilən hər xəstəyə görə faiz alırlar.

Qeyd edək ki, bu tibb müəsssisəsi Yasamal rayonunda yerləşir.

Tarix
2015.03.04 / 20:22
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla