Yuxarı

FİDE prezidentinə məktub: Teymur Rəcəbovu qaytarın!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİDE prezidentinə məktub: Teymur Rəcəbovu qaytarın!

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasına qaytarmağı xahiş və tələb ediblər.

Məktubda deyilir ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FİDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik.

Qeyd edək ki, məktub Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynovun adından göndərilib.

Tarix
2020.03.28 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla