Yuxarı

Rəcəbov dünya sıralamasında neçəncidir? - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəcəbov dünya sıralamasında neçəncidir? - Siyahı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, yeni reytinq cədvəlində Azərbaycan qrossmeysterlərindən biri ilk onluqda qərarlaşıb. Dünya kubokunun sahibi Teymur Rəcəbov doqquzuncu pillədəki yerini qoruyub. Onun aktivində 2765 xal var. Şəhriyar Məmmədyarov isə onuncu sıradakı mövqeyini itirib. Aktivində 2764 xal olan Ş.Məmmədyarov bir pillə geriləyərək, on birinci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664 xal, 74-cü yer), Rauf Məmmədov (2654, 91-ci yer) ilk yüzlükdə yer alıblar.

Siyahıya norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) ikinci, çinli Liren Dinq (2791) üçüncü yerlərdə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə bir pillə geriləyib və 2443 xalla 29-cu yeri tutur. Gülnar Məmmədova 77-ci (2386 xal), Xanım Balacayeva 86-cı (2376 xal) pillədə qərarlaşıblar. Ülviyyə Fətəliyeva isə ilk yüzlükdən kənarda qalıb.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci sırada çinli Hou Yifan (2658 xal) qərarlaşıb. Hindistan şahmatçısı Humpi Koneru (2586 xal) və Rusiya təmsilçisi Aleksandra Qoryaçkina (2582 xal) sonrakı iki pilləni tutublar.

Tarix
2020.04.01 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla