Yuxarı

AFFA “Azercell”i niyə “Baksell”ə dəyişdi? - Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də AFFA ilə mobil rabitə operatoru "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Ölkənin ən böyük mobil rabitə şirkətlərindən birinin futbol təsərrüfatına yatırım qoymasında təəcüblü heç nə yoxdur. Futbol milyonların sevimli oyunudur və Azərbaycanda da olduqca populyardır. Bu baxımdan yanaşsaq, "Bakcell" şirkətinin piar məkanı kimi futbol təsərrüfatını seçməsi başadüşüləndir.

Ancaq AFFA ilə "Bakcell"in əməkdaşlığında bir incə məqam diqqəti cəlb edir. Məsələ burasındadır ki, AFFA "Bakcell"lə müqavilə imzalamamışdan bir neçə gün əvvəl Azərbaycanın ən böyük mobil operatoru "Azercell"lə əməkdaşlıqdan imtina etdi. AFFA 2009-cu ildən əməkdaşlıq etdiyi şirkətlə yeni müqavilənin şərtlərini razılaşdıra bilmədi. Qeyd edək ki, "Azercell"lə razılıq əldə olunmayandan dərhal sonra "Bakcell"lə müqavilə imzalandı. Bu da onu göstərir ki, əslində AFFA "Bakcell"lə danışıqları "Azercell"lə əməkdaşlığı dayandırmamışdan öncə aparırmış.

Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, AFFA ilə müqavilənin pozulmasında "Azercell" şirkəti maraqlı olub. İddia olunur ki, "Azercell" ayırdığı vəsaitin xərclənməsində şəffaflığın təmin olunmadığını əsas gətirərək, AFFA ilə əməkdaşlığa son qoyub. Ancaq "Axar.az"a bu məsələ ilə bağlı olduqca maraqlı məlumat daxil olub.

AFFA-da yüksək vəzifədə çalışan, adının açıqlanmasını istəməyən şəxsin saytımıza verdiyi məlumat mətbuatda yer alan versiyadan fərqlənir.

Məlumatda bildirilir ki, "Azercell"lə müqavilənin pozulmasında şirkət yox, AFFA özü maraqlı olub. Hər bir qurum onunla əməkdaşlıq etmək istəyən sponsor şirkətlərdən daha çox vəsait ödəyənə üstünlük verir. Bu prizmadan yanaşsaq, AFFA-nın atdığı addım qəbul olunandır. Ancaq saytımıza məlumat verən mənbə bildirir ki, "Bakcell"in AFFA ilə bağladığı müqavilədə quruma ödəniləcək vəsait "Azercell"in ayırdığı məbləğdən çox deyil.

Elə isə AFFA-nı "Azercell"lə müqaviləni uzatmamağa nə vadar edə bilər? Məlumat verən mənbə bildirir ki, "Bakcell"lə AFFA arasında bağlanan müqavilənin pərdəarxası məqamı var. Belə ki, "Azercell"lə müqaviləni uzatmaması, əvəzində "Bakcell"lə əməkdaşlıq etməsi üçün AFFA-nın baş katibi Elxan Məmmədovun "marağı" olub.

Məhz Elxan Məmmədovun səyi nəticəsində "Azercell"lə müqavilə uzadılmayıb.

Məsələ ilə bağlı "Bakcell" və AFFA rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Tarix
2013.12.23 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla