Yuxarı

"Neftçi"nin baş məşqçisi iddialı danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi"nin baş məşqçisi iddialı danışdı

Hansı komandaya qarşı oynayacağıq. Rəqibin səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. Barələrində lazımi və kifayət qədər məlumat toplamışıq. Sabahkı oyunu gözləyirik. Futbolçularımız qələbə üçün əllərindən gələni etməyə çalışacaqlar. Qələbə üçün 1 faiz belə şans olacaqsa, bundan yararlanmağa çalışacağıq.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəsis bildirib ki, sabahkı qarşılaşma "Sumqayıt"la Azərbaycan Premyer Liqasının oyunundan fərqlənəcək:

"Rəqibi tam analiz etdiyimizi deyiriksə, deməli, bu, son çempionat matçımızdan fərqlənəcək. Komandamızın quyuda olduğunu düşünmürəm. Futbolçularımız təcrübəli və keyfiyyətlidirlər, oyunun mahiyyətini və necə hazırlaşmağın vacibliyini bilirlər. Bu cür səviyyəli rəqiblərə qarşı klub və yığma səviyyəsində oynayıblar".

Hələ start heyətlə bağlı 100 faiz qərar vermədiyini deyən Məmmədov qərarı bugünkü məşq bitdikdən sonra qəbul edəcəyini diqqətə çatdırıb. O, belə rəqiblər üzərində qələbə qazanaraq tarixə düşməyi bütün futbolçuların istədiyini vurğulayıb:

"Sabah yaxşı oyun gözləyirəm. Mamadu Mbocla problemi öz aramızda danışdıq, bir-birimizi başa düşdük. Bütün futbolçularla həm fərdi, həm də kollektiv şəkildə danışmışıq. Futbolçularımız, başda kapitan Emin Mahmudov olmaqla, hamısı qarşılaşmaya hazırdır. Bütün komandadan gözəl, mübariz və döyüşkən oyun gözləyirəm. Oyunun azarkeşsiz keçirilməsi və "Bakcell Arena"da olmaması elə də ciddi təsir etməyəcək".

Tarix
2020.09.16 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla