Yuxarı

"Təlimat verdim ki, dərhal "Qarabağ"la əlaqə saxlayın"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Təlimat verdim ki, dərhal "Qarabağ"la əlaqə saxlayın"

Dünən bazaya gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ "Anadolu" agentliyinə müsahibəsində deyib.

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçının “Başakşəhər Fatih Terim” stadionuna salınmasına münasibət bildirən klub rəhbəri bu qərardan məmnun olduğunu bildirib: "Azərbaycan klubu UEFA və “Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu".

Gümüşdağ “Qarabağ”ın hər 3 ev matçının onların stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: "Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, “Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik.

“Qarabağ”ın hər üç ev oyununu burada keçirilməsinə razılıq verdik. Ancaq UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, “Qarabağ” digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər”.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.

Tarix
2020.10.24 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

Onları Prezidentlə xanımı qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla