Yuxarı

Arif Əsədov “Neftçi”dən qovuldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Əsədov “Neftçi”dən qovuldu

Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş "Qarabağ" – "Neftçi" matçından dərhal sonra "Neftçi" PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

Apasport.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər.

Toplantıda qəbul edilmiş qərara əsasən "Neftçi" futbol komandasının baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.

Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib.

Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm "Neftçi" PFK-nın əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb.

Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda "Neftçi"nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu "Volın" və "Uralan" klublarında da çıxış edib.

Tarix
2015.06.04 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla