Yuxarı

Çempionlar Liqasının finalı Bakıda keçiriləcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək?

Futbol üzrə Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər.

APA-nın məlumatına görə, avropalı həmkarlarımız Azərbaycanın qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmasını qəbul etmək şanslarını dəyərləndirib.

Nüfuzlu goal.com saytı hazırda Bakıda keçirilən Avropa Oyunlarının yüksək səviyyədə təşkilini, açılış mərasiminin isə ümumiyyətlə möhtəşəm olduğuna əsaslanıb, böyük futbol matçının da ölkəmizə verilməsini münasib variant sayır. Həmkarlarımız Bakı Olimpiya Stadionunun da buna layiq arena olduğunu düşünür.

AFFA-nın baş katibi Elxan Məmmədov da avropalıların önə çəkdiyi mövzuya münasibət bildirib. O, yaxın illərdə belə bir matçın Bakıda keçirilməsini istisna etməyib. Məmmədov təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının final qarşılaşmasının da ölkəmizdə baş tutmaq ehtimalını istisna etməyib: "İndi Azərbaycanda 60 min tamaşaçı tutumuna malik stadion var. Bu arena bütün regionda ən böyük idman qurğusudu. Yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının final qarşılaşması da bu arenada keçirilə bilər. Düşünürəm ki, bu, böyük hadisə olar".

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin 4 oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Tarix
2015.06.17 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla