Yuxarı

Fransa və İspaniyadan sensasiya, almanlardan qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021.06.19 - 19:26

İyunun 19-da futbol üzrə Avropa çempionatının F qrupunda yer alan Macarıstan və Fransa yığmaları qarşılaşıblar.

Axar.az xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Çempionatın “ölüm qrupu” adlandırılan F qrupundakı birinci oyunda Portuqaliyaya 0:3 hesabı ilə uduza Macarıstan yığması güclü rəqiblər arasından səkkizdəbir finala yüksəlmək şanslarını saxlamaq üçün oyuna sürətli hücumlarla başlayıb. Fransa futbolçuları da təşəbbüsü əldən verməyərək Macarıstan yığmasının qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunda hesab birinci hissənin sonunda açılıb. Macarıstan futbolçularının təşkil etdiyi sürətli hücumu müdafiəçi Attila Fiola qolla tamamlayıb – 1:0.

Fasilədən sonra Fransa millisi hesabı bərabərləşdirmək üçün irəli atılıb və bir neçə qol vəziyyəti yaradıb. Lakin Macarıstan yığması da müdafiə olunmaqdan daha çox, fürsət tapdıqca qol vurmaq üçün irəli atılıb. Görüşün 66-cı dəqiqəsində fransızların qapıçısı Uqo Lorisin uzun ötürməsindən sonra topu qəbul edən Kilian Mbappe iki müdafiəçinin arasından qapıya zərbə endirib. Topu uzaqlaşdırmağa çalışan müdafiəçilərin bu cəhdi uğursuz olub. Belə ki, özünü qapıçı meydançasının qarşısında topa yetirən Antuan Qrizman qüvvətli zərbə ilə hesabı bərabərləşdirib – 1:1. Bununla da təcrübəli futbolçu Fransa millisinin heyətində keçirdiyi 93 oyunda 38-ci, Avropa çempionatlarında isə 7-ci qolunu vurub.

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun heç-heçə başa çatıb.

B qrupun digər görüşündə fransızların 1:0 hesabı ilə məğlub etdiyi Almaniya yığması Portuqaliya seçməsi ilə qarşılaşacaq.

***

F qrupunda II turun növbəti oyunu keçirilib.

Günün mərkəzi qarşılaşmasında Portuqaliya Almaniya ilə üz-üzə gəlib. Almanlar rəqibini 4-2 hesabı ilə məğlub edib.

***

Günün son matçında İspaniya millisi Sevilya şəhərində Polşanı sınağa çəkib. Matçda bərabərlik (1-1) qeydə alınıb.

Tarix
2021.06.20 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla