Yuxarı

“Banan ölkəsiyik, amma zoopark deyilik”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Banan ölkəsiyik, amma zoopark deyilik”

Argentinalı futbol ulduzu Lionel Messinin Qabona 3,5 milyon avro qarşılığında səfəri ilə bağlı yayılan məlumat yalan çıxıb.

Axar.az xəbər verir ki, futbolçu və Qabon hökuməti Fransanın "France Football" jurnalının yaydığı məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

"Barselona" klubunun forvardı jurnalın təkzib verməsini tələb edib. Qabonun Fransadakı səfirliyi isə yaydığı rəsmi açıqlamada Messiyə 1 dollar belə ödənilmədiyi, keçmiş klub yoldaşı Samuel Etonun təklifi ilə Qabona səfər etdiyi bildirilib.

Messinin Qabon ziyarəti başqa bir qalmaqalla da yadda qalıb. Futbolçunun üzünü təraş etməməsi və şortikdə ictimaiyyət qarşısına çıxması sərt tənqidlərə səbəb olub.

Müxalif UPG partiyasının cavabı isə daha tutarlı olub:

"Əgər sən Lionel Messisənsə, deməli, milyonçusan. Banan respublikası olsa belə, bu sənə dövlət səlahiyyətlilərinin qarşısına şortikdə, əlləri cibində çıxmağa əsas vermir. Qabon bir ölkədir, zoopark deyil. Argentinada Qabonu necə izah edirlər, bilmirik. Ancaq milli adət-ənənələrə hörmətsizlik edəni sərt şəkildə qınayırıq".

Tarix
2015.07.28 / 00:33
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla