Yuxarı

"Qarabağ"dan möhtəşəm qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"dan möhtəşəm qələbə

19:49

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Qazaxıstanın "Kayrat" klublarının start heyətləri açıqlanıb.

Axar.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov.

"Kayrat": 1. Stas Pokatilov, 4. Nuralı Alip, 11. Yan Voroqovski, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 33. Denis Polyakov

Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Quralski, 7. Quljikit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Usenov, 46. Arsen Burançiyev

Baş məşqçi: Qurban Berdiyev.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

***

"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayıb.

***

Matçda hesab açılıb.

Görüşdəki ilk qolu qonaqlar vurub.

19 dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib.

***

"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub.

79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib.

Ramil Şeydayev tarazlığı bərpa edib.

***

90+1-ci dəqiqə Abbas Hüseynov görüşdə son nöqtəni qoyub.

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" xallarının sayını 7-ə çatdırıb, "Kayrat"ın isə 1 xalı var.

Qeyd edək ki, H qrupunun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq. Matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tarix
2021.10.21 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla