Yuxarı

Boksçumuz qalib gəldi, erməniyə rəqib oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçumuz qalib gəldi, erməniyə rəqib oldu

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

Axar.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb. Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq) otuz ikidəbir final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

M.Həsənov on altıdabir finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.

Digər boksçumuz 51 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə on altıdabir finalda monqolustanlı Enxmandağ Xarxuunu məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Onun bu mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

Ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur.

Tarix
2021.10.26 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla