Yuxarı

“Bayrağımızı yandıran kiprlilərə Bakıda göstərəcəyik”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bayrağımızı yandıran kiprlilərə Bakıda göstərəcəyik”

"Penalti epizoduna qədər 15-20 dəqiqə bayrağımızın o vəziyyətə salınması mənə çox pis təsir etdi. Sözün düzü, oyundan çox, fikrim orda qalmışdı. Hətta onların futbolçusuna da dedim ki, heç olmasa, siz bir şey edin, bayrağımızı yandırırlar.

Yarısı yandı, yarısı söndü, axırda bayrağı cırdılar. Axı futbolda nəyə görə bayrağa qarşı bu cür təhqirlər olmalıdı? Bayraqla bu cür rəftar edirlərsə, nə peşəkarlıq?"

Axar.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov APA-ya geniş müsahibəsində deyib.

Kiprin "Apollon" klubu ilə görüşdə baş verən qalmaqaldan danışan futbolçu bayrağımızın cırılmasına cavab olaraq etdiyi jestə qismən haqq qazandırıb:

"Peşəkarlığa qalanda, burada iki məna var. Birincisi, gərək bu hərəkəti etməzdim. İkincisi, bu bayraq məhz mənim üçün, bir azərbaycanlı oğlu üçün az əhəmiyyət kəsb etmir.

Bizim bayrağımız elə qiymətlidir ki, neçə-neçə oğlanlarımız ondan ötrü hər şeyə gediblər. Elə götürək Ramil Səfərovu... O bayrağa görə ermənini tikə-tikə doğradı. Əgər bayrağımız o cür təhqir olunursa... Hansı hisslər keçirdiyimi anlatmaqda çətinlik çəkirəm".

Futbolçu xalqa çağırış da edib: "Etdiyim həmin hərəkətə görə öncə xalqımdan üzr istəyirəm. Ancaq xalqımdan, başqa heç kimdən. Nə onların azarkeşindən, nə də futbolçusundan. Sadəcə, o jest yaxşı jest deyildi. Bizə də televiziya vasitəsilə milyonlarla azərbaycanlı baxırdı. Buna görə bir az peşmanlıq çəkirəm.

Bütün azarkeşləri stadiona dəvət edirik, xalqımızdan dəstək istəyirik. Azarkeşlik etsinlər, bir dəqiqə də olsun, susmasınlar. Gürcülərin cavabı verildiyi kimi, kiprlilərin də cavabı verilməlidi. Bu, elə-belə qalmamalıdır".

Tarix
2015.08.01 / 10:25
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla