Yuxarı

ABŞ-da yaşayan həmyerlimiz dünya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da yaşayan həmyerlimiz dünya çempionu oldu

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatının qalibi olub.

Axar.az Report-a istinadən xəbər verir ki, o, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb.

E.Xanoğlanlı müsahibəsində rəqibini boğucu fəndlə qısa vaxtda məğlubiyyətə uğratdığını deyib:

“Beynəlxaq yarışda 45 ölkədən yüzlərlə idmançı iştirak edirdi. Yarışda iştirak edən bütün idmançılar ən güclülər idi. Qələbəmi Azərbaycan bayrağını səmaya qaldıraraq qeyd etdim. Uzun illərdir ABŞ-da yaşasam da, yarışlara Azərbaycan təmsilçisi olaraq qatılıram.

Yarışda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının 10 idmançısı iştirak edirdi. Azərbaycan 11 idmançı ilə qatıldığı bu beynəlxalq yarışdan 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı. İdmançılarımız İbrahim Məmmədov (70 kq), Xəyal Quliyev (85 kq) və Azər Məmmədov (95 kq) yarışda qızıl medallar qazandılar. Həmçinin Azər Əhmədov (75 kq) və Xəyal Quliyev (80 kq) ikinci yerə, Elvin İsrafilov isə üçüncü yerə layiq görüldü”.

E.Xanoğlanlı növbəti beynəlxalq yarışa hazırlaşdığını deyib.

Tarix
2021.12.01 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla