Yuxarı

Nazir Azərbaycan karateçiləri ilə görüşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən Axar.az-a bildiriblər ki, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov noyabrın 16-22-də Dubayda keçirilmiş dünya çempionatına hazırlıq və idmançılarımızın nəticələri haqda, eləcə də idmançılarımızın son zamanlarda iştirak etdikləri digər yarışlardakı uğurları barədə nazirə məlumat verib.

F.Qayıbov karateçilərimizin ötən ay dünya çempionatındakı çıxışlarını maraqla izlədiyini və əldə etdikləri nəticənin sevindirici olduğunu vurğulayıb. Nazir Y.Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib, federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

Görüşdə kişilərdən ibarət kumite yığma komandanın baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite yığma komandanın baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyev də iştirak ediblər.

Xatırladaq ki, idmançılarımızdan İrina Zaretska (68 kq) dünya çempionu olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıblar. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komandamız, eləcə də para-karateçilərimizdən Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.

Tarix
2021.12.02 / 00:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla