Yuxarı

"Qarabağ" darmadağınla qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" darmadağınla qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Axar.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib - 6:0.

Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Ramil Şeydayev 43-cü dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb. İki dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. Matçın 84-cü dəqiqəsində fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.

Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Qarabağ" adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mərhələdə "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi "Keşlə" isə mübarizəni dayandırıb.

Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də "Sabah" "Neftçi"ni, fevralın 13-də isə "Qəbələ" klubu "Sumqayıt"ı, "Səbail" komandası isə "Zirə"ni qəbul edəcək.

Tarix
2022.02.12 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla