Yuxarı

Bir güləşçimiz erməniyə məğlub oldu, digəri finalda...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir güləşçimiz erməniyə məğlub oldu, digəri finalda...

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Axar.az xəbər verir ki, qadın güləşçilərin yarışında millimizin üzvü Birgül Soltanova (62 kq) səkkizdəbir finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Güləşçimiz dörddəbir finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı "tuşe" ilə məğlub edən B.Soltanova finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn B.Soltanova qızıl medalı boynundan asıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün M.Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Macarıstanlı Sofiya Viraqla görüş ərəfəsində qolundan ciddi zədələnməsinə baxmayaraq, əsl əzmkarlıq göstərən güləşçimiz rəqibini “tuşe” ilə məğlub edərək bürünc medal qazanıb.

79 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Sabu Əmiraslanov yarımfinalda erməni idmançı Muşeq Mkrtçyana məğlub olaraq mübarizəni dayandırıb.

Yarımfinalda erməni güləşçisi macarıstanlı Marsel Nagydən (12:2) güclü olub. Finalda Hayk Papikyanın rəqibi azərbaycanlı Sabir Cəfərov olacaq.

Digər güləşçimiz Sabir Cəfərov 70 kq çəki dərəcəsində bütün rəqibləri qarşısında üstünlük əldə edərək finala yüksəlib. Finalda idmançımızın rəqibi ermənistanlı güləşçi Hayk Papikyan olacaq.

Tarix
2022.07.01 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla